2 Mart, 2011
“Yuventus” Arşavini alır

İtaliyanın “Yuventus” klubu İngiltərənin “Arsenal” komandasının futbolçusu Andrey Arşavini transfer etməyi qərara alıb.

Simsar.az-ın “tribaltfootball.com”a istinadən verdiyi məlumata görə, Rusiya yığmasının forvardı 2011-ci ilin yayında Turinə yollana bilər. 

“Arsenal” 2011-2012-ci il mövsümünün sonunadək müqaviləsi olan Arşavinin satışından 16 milyon avro qazanmaq niyyətindədir. “Yuventus” daxilindəki mənbə bildirib ki, 30 yaşlı hücumçunun əvəzinə hazırda icarə əsasında çıxış edən Fabio Kvalyarella və Alessandro Matrinin müqavilələrinin almaq ideyasından imtina etmələri tam mümkündür.

Artıq Andrey Arşavinin agenti Dennis Laxterin İtaliya klubu ilə danışıqlara başladığı bildirilir. Müqavilənin hansı müddətə bağlanılacağı məlum deyil.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!