1 Mart, 2014
Əsgərin əlində mina alışdırıcısı partladı

Azərbaycanda hərbi hissədə insident olub

Hadisə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri, 20 yaşlı Elmir Əkrəm oğlu Hüseynlinin əlində piyada əleyhinə minanın alışdırıcısı partlayıb.

Nəticədə iki barmağını itirən əsgər hospitala yerləşdirilib.

Müdafiə Nazirliyin mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Qeyd edək ki, E. Hüseynli İmişli rayonundan həqiqi hərbi xidmətə çağırılıb (APA).

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!