2 Mart, 2011
Məşhur müğənni Qəddafinin 1 milyon dollarını qaytaracaq

Nelli Furtado puldan imtina etdiyini sosial şəbəkədəki səhifəsində bildirib

Məşhur müğənni Nelli Furtado “Tvitter”dəki səhifəsində Liviya lideri Müəmmər Qəddafidən aldığı 1 milyon dolları qaytaracağını bəyan edib. Simsar.az-ın “lifenews”ə istinadən verdiyi məlumata görə, o, bu pulu 2007-ci ildə İtaliyadakı mehmanxanada konsert zamanı alıb.

Tədbiri Misir prezidentinin yaxınları keçirirmiş.

Müğənni hələlik pulu niyə geri qaytarmaq niyyətində olduğunu açıqlamayıb. Bunun Liviyadakı son hadisələrlə bağlı olduğu güman edilir. Məlumata görə, Furtado vəsaiti xeyriyyəçiliyə də xərcləyə bilər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!