28 Fevral, 2014
Türk dövlətləri Barolar Birliyi quracaq

Simsar.az-ın verdiyi məlumata görə, Azərbaycan Barolar Birliyi ilə Türkiyə Barolar Birliyi arasında görüş keçirilib. Görüşdə Türk Respublikaları Barolar Birliyi qurulmasına və bunun içində bir idarə heyəti yaradılmasına qərar verilib. Simsar.az xəbər verir ki, Türkiyə Barolar Birliyinin prezidenti  professor, doktor Mətin Feyzioğlu ilə Azərbaycan Barolar Birliyinin prezidenti Azər Tağıyev arasında sənəd imzalanıb. İmza mərasimində çıxış edən Feyzioğlu bildirdi ki, “Bu gün ailə arasında çox əhəmiyyətli bir görüşməyə şahidlik edirik, buna görə şərəf duyuram”.

Mərhum prezident Heydər Əliyev Türkiyə ilə Azərbaycan əlaqələrini çox gözəl ifadə edib: “Biz bir millət, iki dövlətik”. Bu səbəbdən bizə düşən vəzifə iki dövlətin bir-biri ilə olan əlaqəsini daha da gücləndirmək və qarşılıqlı məhsuldar bir əməkdaşlıq əlaqəsini qura bilməkdi. Türkiyə Azərbaycanı qardaş olaraq bağrına basmış bir dövlətdir. Azərbaycan da Türkiyəni qardaş olaraq bağrına basıb. Müstəqillik əldə etdikdən sonra Türkiyə Respublikası Azərbaycanı ilk tanıyan ölkə olmanın qürurunu yaşayır. Keçən 20 ili aşan müddətdə də əlaqələrimizi daim bərabərlik prinsipi əsasında qurmuşuq. Tərəflər buna vasvasılıqla riayət edib. Əməkdaşlığın yüksək səviyyədə davam etməsi hamımızın vəzifəsidir. Xocalı faciəsinin ildönümündə qətl edilən yüzlərlə günahsız azəri qardaşlarımıza Allahdan rəhmət diləyirik. Bu qırğını ömrüboyu unutmağımız mümkün deyil”.

Mərasimin sonunda Azərbaycan Barolar Birliyinin başçısı da əməkdaşlıqdan duyduğu məmnuniyyəti bildirib.

Qeyd edək ki, Türkiyə Barolar Birliyi İdarə Heyəti üzvləri ilə Azərbaycan Barolar Birliyi arasında əməkdaşlıq protokolu noyabr ayında imzalanıb.

Ülviyyə Cövdətqızı

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!