1 Mart, 2011
Azərbaycanda seçki hüququnun pozulması ilə bağlı ötən il vətəndaşlar tərəfindən Ombudsmana 61 şikayət daxil olub

Ötən il Azərbaycanda seçki hüququnun pozulması ilə bağlı vətəndaşlar tərəfindən Ombudsmana 61 şikayət daxil olub.

Bu barədə Azərbaycan Ombudsmanının 2010-cu ildəki fəaliyyətinə dair Milli Məclisə təqdim etdiyi hesabatında qeyd olunub.

Müvəkkil bu şikayətlərlə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət edib və müəyyən edilmiş qaydada araşdırmalar aparılaraq tədbirlər görülüb.

Ombudsman Aparatı əməkdaşlarının apardıqları müşahidələr nəticəsində ümumilikdə səsvermə zamanı yerli icra strukturları və polis əməkdaşları tərəfindən səsvermə prosesinə müdaxilə halları müəyyən edilməyib. Səsvermənin nəticələrinə təsir edən və ya qanuniliyini şübhə altına ala biləcək pozuntulara yol verilməyib. Aşkar edilmiş texniki xarakterli nöqsanlar isə təxirə salınmadan aradan qaldırılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!