1 Mart, 2011
Göygöldə 14 min dollar yanıb

Ötən gün gecə saatlarında Gəncə-Daşkəsən yolunun kənarında, Göygöl rayon ərazisində yerləşən dükanda yanğın baş verib

İkin ehtimallara görə, yanğına eletrik naqillərində baş verən qısa qapanma səbəb olub. Hadisə yerinə cəlb olunan Göygöl şəhər Dövlət Yanğından mühafizə idarəsinin 2 yanğınsöndürən maşını, təxminən 15 dəqiqə sonra alovun qarşısını ala bilib. Bundan əlavə yanğınsöndürənlər alovun yaxınlıqdakı dükana keçməsinin qarşısını da alıblar. Hadisə zamanı xoşbəxtlikdən xəsarət alan olmasa da, dükana küllü miqdarda ziyan dəyib, yanğın buradakı avadanlıqlar, malları, eləcə də zəruri sənədləri tamamilə yandırıb. 
Modern.az saytının məlumatına görə, dükanda olan 14 min dollar nəğd pul yanıb.
Dükanın sahibinin sözlərinə görə, mağazadakı malların ümumi qiyməti 30-40 min manatdır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!