1 Mart, 2011
«ABB-Gürcüstan» BACEE-yə üzv qəbul olunub

Azərbaycan Beynəlxalq Bankının (ABB) törəmə qurumu olan «ABB-Gürcüstan» bankı Mərkəzi və Şərqi Avropanın Bank Assosiasiyasına (BACEE - Banking Association for Central and Eastern Europe) üzv qəbul olunub.

Bankdan «APA-ECONOMICS»ə verilən məlumata görə, 1996-cı ildə təsis olunmuş bu qurum regionun maliyyə institutları arasında əməkdaşlığın möhkəmlənməsinə xidmət edir.

Bu məqsədlə BACEE müxtəlif məsləhətçi, məlumatlandırıcı və analitik xidmətlər göstərir, onun üzvləri geniş məlumat bazasına daxil olmaq imkanlarına malikdir və xarici ölkələrin bank və maliyyə bazarları barədə məlumatlar əldə edə bilir. Bundan başqa, Assosiasiya müntəzəm seminar, konfrans və kurslar keçirir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!