1 Mart, 2011
Azərbaycanda istilik enerjisi pulunun yığımı 8-10% artıb

2010-cu ildə istilik enerjisinə görə yığılan haqların məbləği 10%-dək artıb.

“Azəristiliktəchizat” ASC-nin sədr müavini İlham Mirzəliyev “APA-ECONOMICS”ə bildirib ki, ötən illə müqayisədə istilik təchizatı sistemində itkilər 4% azalıb və indi sistemin itkiləri bununla bağlı normativlərə tamamilə cavab verir. 

İ.Mirzəliyevin sözlərinə görə, başa çatmaqda olan mövsümdə sovet dövründə tikilərək və ənənəvi olaraq istilik sisteminə qoşulmuş yaşayış və inzibati binaların, sosial obyektlərin əksəriyyətinin istilik enerjisi ilə təminatı bərpa olunub. Belə obyektlərin bütünlüklə istilik şəbəkəsinə qoşulması 2012-ci ilin sonunadək tamamlanacaq. ASC sədrinin müavini bildirib ki, istilik təchizatının genişləndirilməsi və keyfiyyətinin artması istilik haqlarının yığımlarını da artırıb. 2009-cu ilə nisbətən 2010-cu ildə istilik enerjisi haqlarının yığımı orta hesabla 8-10% artıb.

Dövlət təşkilatları və kommersiya qurumları istiliyin dəyərini 100%, əhali qrupu isə 91-92% ödəyir. Bununla yanaşı, İ.Mirzəliyev bildirib ki, hazırda istilik enerjisinin qiyməti onun maya dəyərindən 1,5-2 dəfə aşağıdır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!