Mart ayında Azərbaycan ərazisində havanın orta aylıq temperaturunun kiçik mənfi və müsbət fərqlə iqlim normasına yaxın olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal edilir.
Bakı və Abşeron yarımadasında havanın orta aylıq temperaturun 5-7 dərəcə isti olacağı gözlənilir ki, bu da kiçik mənfi fərqlə iqlim normasına yaxındır. Gecələr 1-6, gündüzlər 10-14, bəzi günlərdə 16 dərəcə isti, birinci ongünlükdə isə 4-8 dərəcə isti olacaq. Aylıq yağıntı miqdarının iqlim normasına yaxın (norma 20-27 mm) olacağı proqnozlaşdırılır.
Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturun 6-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr 1-6 dərəcə isti, bəzi günlərdə 1-6 dərəcə şaxta, gündüzlər 9-14, bəzi günlərdə 16-19 dərəcə isti, üçüncü ongünlükdə isə 10-12 dərəcə isti olacaq. Aylıq yağıntı miqdarının iqlim normasına yaxın (norma 22-44 mm) olacağı proqnozlaşdırılır.
Yuxarı Qarabağ- Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy zonalarında havanın orta aylıq temperaturun 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, ayın sonunda 4-6 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, ayrı-ayrı gecələrdə 4-9 dərəcə şaxta, gündüzlər 5-10, bəzi günlərdə 0-3 dərəcə isti, üçüncü ongünlükdə isə 15 dərəcə isti olacaq. Aylıq yağıntı miqdarının iqlim normasına yaxın (norma 41-52 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı proqnozlaşdırılır.
Qazax-Gəncə, Goranboy, Tər-Tər, Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl zonalarında havanın orta aylıq temperaturunun 4-6 dərəcə isti olacağı gözlənilir ki, bu da kiçik mənfi fərqlə iqlim normasına yaxındır. Gecələr 1-5 dərəcə isti, bəzi gecələrdə 0-5 dərəcə şaxta, gündüzlər 7-12, ayrı-ayrı günlərdə 14-18 dərəcə isti olacaq. Aylıq yağıntı miqdarının iqlim normasına yaxın (norma 19-28 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı proqnozlaşdırılır.
Balakən-Zaqatala- Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı- Şamaxı-Xızı, Siyəzən, Şabran, Quba-Qusar-Xaçmaz zonalarında havanın orta aylıq temperaturunun 2-4 dərəcə isti, ayın əvvəlində 0-3 dərəcə şaxta, ayın sonunda 6-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr 0-5 dərəcə isti, bəzi gecələrdə 2-7 dərəcə şaxta, gündüzlər 6-11, bəzi günlərdə 1-4, üçüncü ongünlükdə 12-17 dərəcə isti olacaq. Aylıq yağıntı miqdarının iqlim normasına yaxın (norma 24-90 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı proqnozlaşdırılır.
Mərkəzi-Aran- Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 6-8, üçüncü ongünlükdə isə 9-11 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasından bir qədər yüksəkdir. Gecələr 2-7 dərəcə isti, bəzi gecələrdə 0-3 dərəcə şaxta, gündüzlər 8-13, üçüncü ongünlüyün bəzi günlərində 15-20 dərəcə isti olacaq. Aylıq yağıntı miqdarının iqlim normasına yaxın (norma 24-45 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı proqnozlaşdırılır.
Masallı-Lənkəran-Astara, Lerik-Yardımlı zonalarında havanın orta aylıq temperaturunun 5-7 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 2-7 dərəcə isti, ayrı-ayrı gecələrdə 0-3 dərəcə şaxta, gündüzlər 8-13, üçüncü ongünlüyün bəzi günlərində 14-16 dərəcə isti olacaq. Aylıq yağıntı miqdarının iqlim normasına yaxın (norma 59-112 mm) olacağı gözlənilir.