1 Mart, 2011
Kür və Arazda bənd vurma və bənd möhkəmləndirmə işləri aparılır

Yaz aylarında Kür və Araz çaylarında daşqınların qarşısının alınması məqsədilə bənd vurma və bənd möhkəmləndirmə işləri aparılır.

APA-nın məlumatına görə, bu barədə «Meliorasiya və Su Təsərrüfatı» Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Əhməd Əhmədzadə bildirib.

Ə. Əhmədzadənin sözlərinə görə, hazırda rəhbərlik etdiyi qurumla yanaşı, Fövqəladə Hallar Nazirliyi tərəfindən də bununla bağlı müvafiq işlər görülür.

“Ötən bir il ərzində 324 km bənddə bərpa işləri aparılıb. Həmçinin FHN tərəfindən 40 km məsafədə bəndlər bərkidilib. Yaxın vaxtlarda isə daha 272 km sahədə bərkitmə işləri aparılacaq”, - deyə ASC sədri vurğulayıb.

Daşqınlarla bağlı proqnozların indiyədək normal olduğunu deyən Ə. Əhmədzadənin sözlərinə görə, hələlik ötən il olduğu qədər böyük həə su axını gözlənilmir: “Amma deyə bilərəm ki, bu il su axını bol olacaq. Lakin keçən ilki həcmi gözləmirik”.

Cənub bölgəsindəki daşqınlarla bağlı danışan Ə. Əhmədzadə bildirib ki, bu, bölgəyə yağan yağışlarla bağlıdır: “Yağışlar nəticəsində cənub bölgəsindəki xırda çaylarda suyun səviyyəsində artım olub. Amma vəziyyət nəzarət altındadır”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!