1 Mart, 2011
Nobel Sülh Mükafatına 241 namizəd

Nobel Sülh Mükafatına 241 namizəd irəli sürülüb.

Simsar.az xəbər verir ki, bu il mükafat üçün 188 şəxs və 53 təşkilat namizəd göstərilib. Bu, rekord rəqəmdir. İndiyədək ən çox 237 namizəd qeydə alınıb ki, bu göstərici 2010-cu ilə məxsusdur. 


Namizədlərin adları açıqlanmır. Bəzi mənbələr namizədlər arasında rusiyalı hüquq müdafiəçisi Svetlana Qannuşkinanın, “WikiLeaks”in və kubalı müxalifətçilərin olduğunu iddia edir.


Sülh Mükafatının qalibi bu ilin oktyabrında məlum olacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!