24 Fevral, 2014
“Çölçü” bu dəfə Londanda nümayiş olunacaq

Rejissor Şamil Əliyevin “Çölçü” bədii filmi XV Beynəlxalq “Rainbow” kinofestivalında təqdim ediləcək

Simsar az xəbər verir ki, festival mayın 25-dən iyunun 1-dək Londonda keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” Kinostudiyasında lentə alınmış “Çölçü” filminin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur.

Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər.

Film indiyədək 15-dən çox Beynəlxalq kinofestival və forumda iştirak edib, müxtəlif mükafatlara və diplomlara layiq görülüb.

Günel


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!