1 Mart, 2011
İNDİ DƏ FƏRƏC QULİYEV

İctimai Palatanı əhəmiyyətsiz hesab edənlərin sayı çoxalır 

Hakimiyyətin yürütdüyü siyasətə daim kəskin mövqedən etiraz edən tanınmış müxalifətçilərin yaratdığı İctimai Palata tənqid hədəfi olmaqdan qurtula bilmir. 

Bu dəfə deputat Fərəc Quliyev Simsar.az saytına verdiyi müsahibədə İctimai Palatanın səviyyəsi barədə danışıb: “Mən bu təşkilata ciddi əhəmiyyət vermirəm və onu effektiv qurum saymıram. Hesab edirəm ki, cəmiyyətin, vətəndaşların problemləri ilə xalqın seçdiyi millət vəkilləri, ali qanunverici orqan daha yaxşı məşğul ola bilər. İctimai Palata bu tipli məsələlərlə məşğul ola bilməz. Daha konkret desəm, İctimai Palata - özünə uyğun olmayan fəaliyyət formaları ilə məşğul olanların toplaşmasıdır”. 

Aylin

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!