1 Mart, 2011
ATƏT Azərbaycanda hakimiyyətlə siyasi partiyaların dialoqunu təşkil edəcək

Bu il martın 7-8-də ATƏT-in Bakı ofisinin təşkilatçılığı ilə siyasi partiyalarla hökumət üzvlərinin birgə müzakirələri keçiriləcək.

Tədbirə mühazirəçi qismində ATƏT-in baş ofisindən ekspertlər dəvət olunub.

Azərbaycandan isə Prezident Administrasiyasının yüksək vəzifəli şəxsləri, hökumət təmsilçiləri, Milli Məclis üzvləri və siyasi partiyaların rəhbərlərinin tədbirə dəvət olunduğu bildirilir.

Tədbirdə, əsasən, siyasi partiyaların maliyyələşdirilməsi və partiyaların siyasi sistemdəki rolu müzakirə olunacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!