1 Mart, 2011
Bizimkilər inqilabdan qorxmur

Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyi: Bəhreyndə yaşayan 14, Yəməndə yaşayan 26 vətəndaşımızdan “qaynar xətt”ə müraciət daxil olmayıb

Azərbaycanın Səudiyyə Krallığında yaradılmış “qaynar xətt”ə Bəhreyn və Yəməndəki soydaşlarımızdan müraciət daxil olmayıb.

Bu barədə APA-ya Azərbaycanın Səudiyyə Krallığındakı səfirliyinin konsulu Yadulla Paşayev məlumat verib. O bildirib ki, müraciət edən vətəndaşlarımıza səfirlik tərəfindən dərhal yardım göstəriləcək. Konsulluğun məlumatına görə, hazırda Bəhreyndə 14, Yəməndə isə 26 Azərbaycan vətəndaşı var.

Xatırladaq ki, ərəb dünyasında, o cümlədən Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyinin akkreditə olunduğu Bəhreyn Krallığı və Yəmən Respublikasında baş verən hadisələrlə əlaqədar səfirlik tərəfindən + 966 1 419 2382 və + 966 53 422 93 01 telefon nömrələrindən ibarət qaynar xətt açılıb. Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. XİN bu ölkələrdə olan Azərbaycan vətəndaşlarından yaranan hər bir təhlükə ilə əlaqədar səfirliklə əlaqə saxlamağı tövsiyə edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!