1 Mart, 2011
Soçi görüşü ilə bağlı rəsmi məlumat yayılıb

Məlumat Kremlidən gəlib

Rusiya prezidentinin rəsmi saytı martın 5-də Soçidə Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin üçtərəfli görüşünün keçiriləcəyi barədə rəsmi məlumat yayıb. 

Məlumata əsasən, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan Rusiya prezidenti Dmitri Medvedevin dəvəti ilə Soçiyə gələcəklər.

Üçtərəfli görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri müzakirə olunacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!