1 Mart, 2011
Məmurlar jurnalistlərlə necə əməkdaşlıq etsin?..

ELMİRA SÜLEYMANOVA İLLİK MƏRUZƏNİ TƏQDİM ETDİ

Fevralın 28-də ombudsman Elmira Süleymanova 2010-cu il üzrə məruzəni prezidentinə və dövlət qurumlarına göndərib. Ombudsman Aparatının mətbuat xidmətindən “Simsar.az” saytına verilən məlumata görə, “Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında” məruzədə ombudsmanın insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyəti, dövlət qurumları, ictimaiyyətlə və kütləvi informasiya vasitələri ilə əməkdaşlığı, beynəlxalq əlaqələri, həmçinin insan hüquq və azadlıqlarının daha etibarlı təmin edilməsinə yönəlmiş təklif və tövsiyələri öz əksini tapıb. İllik məruzə Milli Məclisin iclasında dinləniləcək.

“Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” konstitusiya qanununa əsasən, ombudsmanın illik məruzəsi il bitdikdən sonra iki aydan gec olmayaraq prezidentə təqdim edilməli, Milli Məclisə, Nazirlər Kabinetinə, Konstitusiya Məhkəməsinə, Ali Məhkəməyə və baş prokurora göndərilməlidir.

Azərbaycanda ombudsman institutu 2002-ci ildə yaradılıb. Həmin vaxtdan insan hüquqları üzrə müvəkkil postunu kimya elmləri doktoru, professor Elmira Süleymanova tutur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!