1 Mart, 2011
“Evi yanan sakinlərin problemləri həll ediləcək”

Qaradağ rayonu Qobustan qəsəbəsində başlayan yanğın söndürülüb.

Gecə Qaradağ rayonu Qobustan qəsəbəsi Kəşfiyyatçılar küçəsi korpus 14 ünvanında yerlən ikimərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib. Səkkiz ailə 29 nəfərin yaşadığı binada qeydə alınan yanğın zamanı xəsarət alan olmasa da yanğın binanı və sakinlərə aid əşyaları tamamilə yararsız hala salıb.

Qeyd edək ki, yanğın geniş ərazini əhatə etdiyindən 2-ci dədəcəli çağırış elan edilib və Bakı qarnizonunun yanğınsöndürmə hissələri hadisə yerinə cəlb olunub. Binanın tez alışan taxta konstruksiyalardan tikilməsi, həmçinin küçələrin darısqal olması yanğınsöndürənlərin işinə maneçilik yaradırdı. Yanğın baş verən ərazidən havadan komunikasiya xətləri keçdiyindən yanğınsöndürən maşınlar hadisə yerinə tam yaxınlaşa bilməyiblər.

Yanğın baş verən binanın ətrafında taxta konstruksiyalı evlər tikildiyi üçün alovun bu evlərə keçmə təhlükəsi olsa da yanğınsöndürənlər yanğının qarşısı vaxtında ala biliblər.

Yanğın baş verəndən bir qədər sonra Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov da hadisə yerində olub. Zərərçəkmişlərlə söhbət edən icra başçısı evləri yanan sakinlərin problemlərinin həll ediləcəyinə söz verdi: “Əhalinin yerləşdirilməsi üçün hər gür şərait yaratmışıq. Hamı yerləşdiriləcək. Heç bir problem yoxdur. Heç kim çöldə qalmayacaq. Hər şərait var”.

Yanğınnın dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra məlum olacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!