1 Mart, 2011
“Regional Araşdırıcı Jurnalistika Məktəbi”nə ərizə qəbulu başlayıb

Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu və Gəlirlərə Nəzarət İnstitutu “Regional Araşdırıcı Jurnalistika Məktəbi”nə ərizələrin qəbulunu elan edir.

“Regional Araşdırıcı Jurnalistika Məktəbi” ACİ-YF və GNİ-nun yeni layihəsi olub, jurnalistlərin araşdırma jurnalistika sahəsində peşəkar bilik və bacarıqlarının artırılması, o cümlədən Azərbaycan, Gürcüstan, Ukrayna və Qazaxıstandan olan və təlim keçmiş jurnalistlərdən ibarət regional şəbəkənin yaradılmasını nəzərdə tutur.

Təlimdə Londonda yerləşən Araşdırıcı Jurnaslitika Mərkəzinin (Center for İnvestigative Journalism) tanınmış və dünya miqyaslı ekspertləri və təlimçiləri iştirak edəcək.

Təlimdə iştirak etmək istəyən jurnalistlərin 2011-ci il 10 mart tarixinə qədər əlavə edilmiş ərizə formasını dolduraraq, fnajafova@osi-az.org elektron ünvanına və ya ACİ-YF-nun ofisinə (ak. Həsən Əliyev 117A) göndərmələri xahiş edilir.

Əlavə məlumat üçün www.osi.az saytına və ya 564 34 75 (daxili 311 və ya 326) telefonuna müraciət edə bilərsiniz.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!