1 Mart, 2011
Səudiyyə Ərəbistanı Bəhreynə 30 tank göndərib

Səudiyyə Ərəbistanı Bəhreynə 30 tank göndərib. Bu barədə Misirin «Al-Masry Al-Youm» qəzeti məlumat verib.

Qəzetin məlumatına görə, şahidlər hər birində 2 tank olan 15 avtoplatformanın 25 kilometrlik Kral Fəhd körpüsü ilə ölkəyə daxil olduğunu görüblər. Kral Fəhd körpüsü Səudiyyə Ərəbistanını bu ada dövləti ilə birləşdirir.

Xatırladaq ki, artıq bir neçə həftədir ki, Bəhreyndə hökumət əleyhinə çoxminlik mitinqlər keçirilir. Etirazçıların əsas hissəsi ölkə əhalisinin 75%-ni təşkil edən şiələrdən ibarətdir. Onlar şiələrin hüquqlarının artırılmasını, ölkədə konstitusiyalı monarxiya qurulmasını tələb edirlər. Qarşıdurmalarda 6 nəfər həlak olub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!