1 Mart, 2011
Klinton: «ABŞ-da Liviya təyyarələri tərəfindən dinc əhalinin bombalanmasına dair təkzibolunmaz məlumatlar yoxdur»

ABŞ-da Liviya HHQ tərəfindən dinc əhalinin bombalanmasına dair təkzibolunmaz məlumatlar yoxdur. Cenevrədə keçirilən BMT İnsan haqları şurasının 16-cı sessiyasında iştirak edən ABŞ dövlət katibi Hillari Klinton belə bir etirafla çıxış edib.

«Hazırda bu məsələ ilə bağlı aydınlıq yoxdur və ona görə mən bu mövzu barəsində ehtiyatla danışıram. Biz birbaşa alınmamış məlumatlara əsasən hər hansı qərar qəbul etmək istəmirik», deyə Klinton qeyd edib.

O bildirib ki, Liviya təyyarələrinin dinc əhalini bombalaması barədə məlumatların müəllifləri əsasən verilən əmrləri yerinə yetirmək istəməyən pilotlardır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!