28 Fevral, 2011
Azərbaycanın “İstiqlal” snayper tüfəngi dünya atıcı silahları kataloquna daxil ediləcək

Azərbaycanın İST 14.5 («İstiqlal») snayper tüfəngi (İST 14.5 Anti Material Rifle) dünya atıcı silahları kataloquna daxil ediləcək.

Artıq silahın texniki göstəriciləri və digər zəruri məlumatlar kataloqu hazırlayan «Janes» şirkəti tərəfindən götürülüb.

Azərbaycan tərəfi məlumatları ötən həftə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilən İDEX-2011 sərgisində təqdim edib.

Kataloqda əsasən dünyada geniş yayılmış, eyni zamanda xüsusi təyinatlı atıcı silahlar barədə məlumatlar yer alır. MDB məkanından bu kataloqa əsasən Rusiya, Ukrayna əv Belarus istehsalı olan bəzi silahlar salınıb.

Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov APA-ya açıqlamasınad bildirib ki, «İstiqlal» Azərbaycanın ilk milli silahıdır: «Aparılan tədqiqatlar da göstərir ki, bu silahın anoloqu yoxdur. CAR-da buna bənzər bir silah var. Amma atış məsafəsi 2 min metrdir. Ancaq İST 14.5 tüfəngi 2500 metrdə istənilən hədəfi məhv etmək qabiliyyətinə malikdir».

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!