28 Fevral, 2011
FHN -dən zəlzələ ilə bağlı açıqlama

Fövqəladə Hallar Nazirliyi bu gün Şirvan bölgəsində baş vermiş zəlzələ ilə bağlı məlumat yayıb.

Simsar.az nazirliyin saytına istinadən xəbər verir ki, Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 28 fevral 2011-ci il tarixində saat 14:54-də Qəbələ şəhərindən 17 km cənub-qərbdə 12 ballıq cədvəl üzrə episentrdə 4,0 bal gücündə zəlzələ baş verib. Zəlzələ Qəbələ və Ağdaş rayonlarında 3,5, Şəki rayonunda 3,0, İsmayıllı, Oğuz və Şamaxı rayonlarında 2,5, Göyçay rayonunda isə 2,0 bal gücündə hiss olunub.


İnsan tələfatı və dağıntı haqqında məlumat daxil olmayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!