28 Fevral, 2011
AZƏRBAYCAN FİLMLƏRİNİN OSKAR UÇURUMU

Zirvəyə qalxmağa nə çatmır? 

Fevralın 27-də Hollivudda kino dünyasının əsas hadisəsi – “Oskar” mükafatının 83-cü təqdimat mərasimi keçirilib. “Oskar” mükafatının qalibləri məlum olub. “Kral danışır” ən yaxşı film nominasiyasında “Oskar” mükafatına layiq görülüb. Hər il ən yaxşı film, ən yaxşı kişi aktyor, ən yaxşı aktrisa, ən yaxşı rejissor, ən yaxşı dekorasiya, ən yaxşı operator işi “Oskar”la müküfatlandırılır. 

Azərbaycanda sujet xəttindən asılı olmayaraq, müxtəlif mövzuları əhatə edən filmlər çəkilib. Ancaq bu günə kimi, yalnız Azərbaycan Kinomatoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyovun çəkdiyi film “Oskar”a layiq görülüb.

Görəsən Azərbyacna filmi niyə ən nüfuzlu mükafat hesab olunan “Oskar”I cəmi bir dəfə qazanıb? Layiqli ssenari, yaxşı rejissor, işıqlı opretaor, yüksək səviyyəli kino avadanlıqları, yoxsa pul yoxdur?

“Filmlərimiz “Oskar” səviyyəsində deyil”

Kinomatoqrafçılar İttifaqının baş katibi, xalq artisti Rasim Balayev Azərbaycanda “Oskar”a layiq film olmadığını deyir: “Oskar” almaq üçün gərək yüksək səviyyədə çəkilən filmlərimiz olsun. O da ki yoxdur”.

“Amerikanı yamsılayan filmlərlər çəkərək “Oskar” ala bilmərik”

Əməkdar artist, rejissor və aktyor Elxan Qasımov nüfuzlu müsabiqələrə qatılmağın mümkünsüzlüyünü həmin müsabiqələrin əksəriyyətinin siyasi xarakter daşıması ilə əlaqələndirir: “Oskara” layiq filmlərimiz yoxdu. Mən görmürəm. Həm də “Oskar” artıq bir qədər siyasiləşib. Bu mükafatı almaq üçün milyonlarla pul xərcləmək lazımdır. Amerikanı yamsılayan filmlərlər çəkərək “Oskar” ala bilmərik. Biz ancaq Azərbaycan filmləri çəksək, bəlkə o müküfatı qazana bilərik. “Oskar” almaq üçün “Oskar” səviyyəli aktyor, opretor, olmalıdır. Azərbaycan kinosu ancaq 9 milyonluq əhali arasında yer tuta bilər. Hazırda Azərbaycanda televiziya verilişlərinin səviyyəsi nədirsə, kinomuzun səviyyəsi də odur”.

“İnanıram ki, Azərbaycanda Oskar mükafatına layiq filmlər çəkiləcək”



Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdulayev Rüstəm İbrahimbəyovun dünyanın ən nüfuzlu mükafatı “Oskar” mükafatına layiq görülməsini xatırladaraq, bundan sonar da belə nailiyyətlərin olacağına ümid etdiyini deyir.


“Oskar” mükafatı nümunə və göstərici deyil”



Kinoaktyorlar Gildiyasının sədri, xalq artisti Həmidə Ömərova “Oskar”ı Azərbaycan kinosu üçün göstərici hesab etmir: “Oskar” mükafatı nümunə və göstərici deyil. Bu mükafat elə filmlərə verilib ki, heç kim onları xatırlamır. Belə mükafatlar ABŞ və qərb dövlətləri üçün nəzərdə tutulub və onlara da verilir. Sadacə, orda cəmi bir yer başqa ölkələrin filmlrinə ayrılıb. Ancaq inanmıram ki, həmin bir yer Azərbaycanın olsun. “Oskar”dan daha nüfuzlu müsabiqələr var ki, istərdim ölkəmiz həmin müsabiqədə iştirak etsin. Həmişə “Oskar” mükafatının təqdimetmə mərasimindən sonra Azərbaycan mətbuatı yazır ki, niyə ölkəmiz bu mükafata layiq görülmür? Düşünürəm ki, öncə elə ölkəmizdə filmlərimiz inkişaf etməlidir və inkişaf da edir”.

Aynurə Həsənova

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!