28 Fevral, 2011
Bəhreyn və Yəməndəki soydaşlarımıza yardım

Səudiyyə Krallığındakı səfirliyində Bəhreyn və Yəməndəki soydaşlarımız üçün “Qaynar xətt” yaradılıb

Xarici İşlər Nazirliyi soydaşlarımıza hər hansı təhlükə ilə əlaqədar “Qaynar xətt”ə zəng vurmağı tövsiyə edir


Ərəb dünyasında, o cümlədən Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyinin akkreditə olunduğu Bəhreyn Krallığı və Yəmən Respublikasında baş verən hadisələrlə əlaqədar səfirlik tərəfindən + 966 1 419 2382 və + 966 53 422 93 01 telefon nömrələrindən ibarət qaynar xətt açılıb. Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. XİN bu ölkələrdə olan Azərbaycan vətəndaşlarından yaranan hər bir təhlükə ilə əlaqədar səfirliklə əlaqə saxlamağı tövsiyə edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!