28 Fevral, 2011
Sumqayıt hadisələrinin sirri

Baş prokurorun birinci müavini erməni fırıldağından danışdı

Sumqayıt hadisələrinin yenidən istintaqı zamanı bir sıra yeni faktlar aşkarlanıb. APA-nın xəbərinə görə, bunu baş prokurorun birinci müavini Rüstəm Usubov Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında sumqayit.com saytının təqdimat mərasimindəki çıxışında bildirib.

R. Usubov Sumqayıt hadisələri ilə bağlı Baş Prokurorluqda xüsusi komissiya yaradıldığını qeyd edərək deyib ki, həmin hadisələrlə bağlı beş cinayət işi təzələnib: “Sumqayıt hadisələrindən ermənilərin zərərçəkən olduğu deyilir, əslində isə bu, belə deyil”.

R.Usubov deyib ki, yeni istintaq zamanı Sumqayıtda bəzi ermənilərin öz mal-mülklərini öncədən Rusiyaya çıxardıqları, sonra isə öz evlərini yandırdıqları məlum olub: “Ermənilər özləri də etiraf ediblər ki, bu addımı kompensasiya almaq məqsədilə atıblar. 100-dən çox varlı erməni özünün bankdakı pullarını çıxarıb”.

Onun sözlərinə görə, istintaqın gedişində Sumqayıt hadisələri zamanı şəhərlə Ermənistan və digər ölkələr arasında bir çox telefon danışıqlarının aparıldığı da üzə çıxıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!