28 Fevral, 2011
Şirvanda güclü zəlzələ olub

Tələfat yoxdur

Bu gün Azərbaycanın Şirvan bölgəsində 4-4,5 bal gücündə zəlzələ baş verib. Ağdaş rayon sakinlərinin Lent.az-a verdiyi məlumata görə, zəlzələ rayon mərkəzində ciddi şəkildə hiss olunub.

Belə ki, rayon mərkəzindəki ev və binalar silkələnib. İnsanlar ani təşviş keçiriblər və küçələrə çıxıblar. Bəzi köhnə tikililərin divarlarında çatla əmələ gəlib.

Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli zəlzələnin baş verdiyini təsdiqlədi. Onun sözlərinə görə, titrəyişlər Ağdaşla yanaşı, Qəbələ və İsmayıllı rayonlarında da hiss olunub. O həmçinin qeyd etdi ki, hazırda zəlzələnin gücü dəqiqləşdirilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!