28 Fevral, 2011
3 il ərzində 180 tələbə qovulub

2009/2010 və 2010/2011-ci tədris ilinin acı nəticəsi

2009/2010 və 2010/2011-ci tədris ili ərzində (4 semestr) Bakı Dövlət Universitetindən (BDU) 180-ə yaxın tələbə xaric olunub. Bu barədə APA-ya BDU-nun Mətbuat və informasiya şöbəsindən məlumat verilib. Məlumata görə, xaric olunmaya səbəb onların universitet daxili nizam-intizam qaydalarını pozması, davamiyyət və akademik borclar və s. məsələlər olub.

Qeyd edək ki, bir neçə gün əvvəl bununla bağlı yayılmış məlumatda xaric edilmiş tələbələrin 2009/2010 və 2010/2011- tədris ili ərzində (4 semestr) yox, 2010/2011- tədris ili ərzində olduğu qeyd edilmişdi.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!