28 Fevral, 2011
İTV SİMSAR.AZ –IN İSTƏDİYİNİ ELƏDİ

Kriminal xəbərlərə məhdudiyyətin qoyulmasına televiziyalar da qoşulur

Simsar.az saytı yanvarın 29-dan etibarən kriminal xəbərlərə məhdudiyyət qoyduğunu bəyan edib. Tez- tez eşitdiyimiz ölüm-itim xəbərləri demək olar ki, sayta yerləşdirilmir. Səbəb isə sadədir: kriminal xəbərlərin yayılması intesivləşib və bu xətt insanların psixikasına olduqca mənfi təsir göstərir. Bu baradə saytımıza danışan psixoloqlar, KİV, QHT rəhbərləri, ictimai xadimlər təşəbbüsümüzü dəstəkləyir. 

Respublikanın baş psixiatrı, Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının müdiri Gəray Gəraybəyli də mətbuata açıqlamasında telekanallarda intiharlarla bağlı video, foto görüntülərin və məlumatların yayılması şəxsiyyəti tam formalaşmamış insanlara impuls kimi təsir etdiyini bildirib: “Bu görüntülərin və xəbərlərin yayılması yeni intiharlara səbəb ola bilər”.

Simsar.az-ın başlatdığı kompaniyaya televiziyalardan da müsbət reaksiya verməkdədir.

İctimai Televiziyanın (İTV) kriminal səpkili verilişləri maarifləndirici xarakter alır. Artıq Pərviz Əbubəkirovun aparıcısı olduğu “Qanundan kənar”verilişdə kriminal hadisələrin səbəbləri və baş verməsi qarşısının alınması məqsədi ilə mütəxəsis rəylərinə yer verilir. Psixoloq, vəkil, keçmiş yol polis rəisi yayımlana kriminal xəbərin ardından onu tamaşaçıda yarada biləcəyi əks effektin təsirini azaltmağa çalışırlar.

Təbii ki, bu istiqamətdə atılan addımlar cəmiyyətdəki psixoz durumun yumşalmasına xidmət edir.

“Qanundan kənar” verilişinin aparıcısı Pərviz Əbubəkirov simsar.az saytına açıqlamasında verilişin formatının dəyişmədiyini, ancaq bundan sonra ayda bir və ya iki dəfə maarifləndirici formada olacağını dedi : “Prezident İlham Əliyev “Məişət zorakılığının qarşısının alınması haqqında” fərman imzalayıb. Biz də bir aylıq monitorinq apardıq. Əslində bizim verilişin məqsədi insanları qorxutmaq yox, maariflənirməkdi. Zorlanmış azyaşlı oğlan və qızların, cinayət törədən azyaşlı uşaqların adını və soyadının çəkilməsinin, efirdə göstərilməsinin əleyhinəyəm. Onların gələcəyi var və onların gələcəyinə biganə yanaşmaq olmaz. Hətta bacısını zorlayan şəxslərlə bağlı materilların efirə verilməsinin qəti əleyhinəyəm. Çünki bizə ermənilər də baxır. Onlar isə heç vaxt belə hadisələri efirə vermir. Meyidi, qanı isə biz ümumiyyətlə efirə verib, insanları şoka salmırıq. Hətta verilişimizdə ara-sıra zarafata da yol veririk”.


Aynurə Həsənova

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!