28 Fevral, 2011
“Oskar” mükafatının qalibləri açıqlandı

“Kral danışır” üç nominasiyada qalib olub

“Oskar” mükafatının qalibləri məlum olub. Lent.az-ın “CNN”ə istinadən verdiyi məlumata görə, “Kral danışır” ən yaxşı film nominasiyasında “Oskar” mükafatına layiq görülüb. 


“Ən yaxşı kişi aktyor” nominasiyasında “Kral danışır” filmində baş rolu oynayan Kolin Fert qalib gəlib. Natali Portman isə ən yaxşı aktrisa kimi “Oskar” sevincini yaşayıb.


“Kral danışır” filminin rejissoru Tom Xuper ən yaxşı rejissor işinə görə “Oskar” mükafatına layiq görülüb. Bu filmin ssenari müəllifi Devid Saydler də ən orjinal ssenariyə görə “Oskar” mükafatını alıb.


“Oyuncaq tarixi - 3” cizgi filmi janrında “Oskar” mükafatı alıb. “Alisa möcüzələr ölkəsində” cizgi filmi ən yaxşı dekorasiyaya görə mükafatlandırılıb.


İkinci planda aktyor oyununa görə “Oskar” mükafatına isə “Döyüşçü” filmindəki roluna görə Melissse Leo layiq görülüb.


“Sosial şəbəkə” filmi isə ən uyğun ssenariyə görə mükafatlandırılıb. Ssenarist Aaron Sorkin bu nominasiyada qalib olub. “Başlanğıc” filmi isə ən yaxşı operator işinə görə “Oskar”kf mükafatlandırılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!