28 Fevral, 2011
Müğənni Yeganənin oğlu olub

Yeganə: "Bu günü hamıya arzulayıram"

Türkiyədə yaşayan və fəaliyyət göstərən tanınmış müğənni Yeganə ana olub. Fevralın 26-da Türkiyə xəstəxanalarının birində müğənninin oğlu dünyaya gəlib. 8 aylıq doğulan uşağın çəkisi 2 kq 800 qramdır. Ana və körpə özlərini yaxşı hiss edirlər. Onların bu gün xəstəxanadan evə çıxacaqları gözlənilir. Yeganə və onun həyat yoldaşı Fateh ilk övladlarının adını Ömər qoyublar.

Yeganə bildirib ki, ana olduğuna görə, özün dünyanın ən xoşbəxt insanı hesab edir: “Ana olmaq böyük bir xoşbəxtlikdir. Bu müddət bir az çətin keçsə də, səhhətimdə problemlər yaransa da hər şey yaxşı qurtardı. Allaha şükür edirik ki, oğlumuz dünyay gəlib. Fatih sevincindən nə edəcəyini bilmir. Onun otağının qapısının üzərinə Ömərin adını yazdırıb. Bu günü hamıya arzulayıram”.

Onu da öyrəndik ki, Yeganənin oğlu səkkiz aylıq dünyaya gəlib.

O ki qaldı müğənninin Bakıya gəlməsinə, o, hələ bu barədə düşünmür: “Uşaq hələ çox körpədir. Ancaq üç ayı tamam olandan sonra Bakıya gəlməyi düşünürəm”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!