28 Fevral, 2011
Türkiyənin sabiq baş naziri vəfat edib

Nəcməddin Ərbakan müalicə aldığı Güven Xəstəxanasında bu gün günorta saatlarında dünyasını dəyişib

Türkiyənin keçmiş baş naziri Nəcməddin Ərbakan müalicə aldığı Güven Xəstəxanasında bu gün günorta saatlarında dünyasını dəyişib. Onun ürək çatışmazlığından öldüyü bildirilir.

Nəcməddin Ərbakan 29 oktyabr 1926-cı ildə Sinopda doğulub. 1987-ci ildə "Rifah" partiyasının başqanı, 1991-ci ildə bu partiyadan millət vəkili seçilib. 1995-ci ildə isə Türkiyənin baş naziri olub. 1998-ci ildə 5 il müddətinə siyasətdən uzaqlaşdırılıb. 2003-cü ildə Səadət Partiyasının başqanı seçilib.

Qeyd edək ki, Nəcməddin Ərbakan çərşənbə axşamı İstanbuldakı Mərkəz Efendidəki qəbristanlığında dəfn ediləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!