28 Fevral, 2011
Erdoğana yerin 42 metr dərnliyində ad günü tortu

Avropa və Asiya qitələrini birləşdirəcək tuneldə Ərdoğan üçün ad günü tədbiri hazırlanıb və baş nazir torta qonaq edilib.

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Avropa və Asiya qitələrini birləşdirəcək, Bosfor boğazının altından keçən tunelin tikintisində olub. Belə bir layihənin Osmanlı dövründə də planlaşdırıldığını deyən Ərdoğan bir çox maneələrə baxmayaraq tuneli 2 il sonra açacaqlarını bildirib: “Qərarlılığımızı itirmədik. 2013-cü il oktyabrın 29-da “Marmaray”ın (layihənin adı) açılışını edəcəyik. Bunu ilk dəfə planlaşdırıldıqdan 153 il sonra həyata keçirəcəyik. Bu layihəni fikirləşənlərə Allah Rəhmət eləsin. Bunun bizə qismət olmasına görə isə fəxr edirəm”.

Daha sonra inşaatın davam etdiyi tuneldə R. T. Ərdoğan üçün sürpriz ad günü tədbiri hazırlanıb və baş nazir torta qonaq edilib. Nəqliyyat naziri Binali Yıldırımın təşkilatçılığı ilə həyata keçirilən tədbir mərasiminə görə Ərdoğan nazirə və digər işçilərə təşəkkür edib.

Qeyd edək ki, fevralın 26-da Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın 57 yaşı tamam olub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!