27 Fevral, 2011
Yəmən prezidentinə işarə edildi

Əli Abdulla Salehin əleyhdarları yüz minlərlə adamın qoşulduğu kütləvi etiraz aksiyası keçirib.

Simsar.az xəbər portalı ANS-TV-yə istinadən bildirir ki, Yəməndə dövlət başçısının istefası tələbilə nümayişlər davam edir. Prezident Əli Abdulla Salehin əleyhdarları yüz minlərlə adamın qoşulduğu, indiyədək ən kütləvi etiraz aksiyası keçirib. Paytaxt Sənada dövlət universitetinin önündə minlərlə tələbə prezidenti istefaya getməyə çağırıb.

Siyasi ekspertlər hesab edirlər ki, Salehin yaxın adamlarından iki nüfuzlu tayfa başçısının müxalifətin tərəfinə keçməsi prezidentin öz kürsüsü ilə vidalaşmasına az qaldığına bir işarədir.

Qeyd edək ki, Əli Abdulla Saleh nümayişçilərə qarşı güc tətbiq edilməməsinə dair polisə göstəriş verib. Bundan əvvəl isə toqquşmalar zamanı 11 nəfər ölüb, 43 nəfər xəsarət alıb. Aksiyalar Sənadan başqa, Ədən və Taiz şəhərlərində də davam edir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!