27 Fevral, 2011
Doku Umarovun 6 döyüşçüsü öldürülüb

Çeçenistanda silahlı qruplaşmaların zərərsizləşdirilməsi istqamətində tədbirlər gücləndirilib.

Simsar.az xəbər portalı ANS-TV-yə istinadən bildirir ki, Çeçenistanda son 3 gündə həyata keçirilən xüsusi əməliyyatlar nəticəsində 6 döyüşçü öldürülüb. Onları terror qruplaşması lideri Doku Umarovun terror aktı törətmək üçün göndərdiyi bildirilir. Çeçenistanın daxili işlər naziri Ruslan Alxanovun bildirdiyinə görə, zərərsizləşdirilən döyüşçülərin şəxsiyyəti artıq müəyyənləşdirilib.

O əlavə edib ki, Ramazan Kadırovun göstərişinə əsasən, Çeçenistanda silahlı qruplaşmaların zərərsizləşdirilməsi istqamətində tədbirlər gücləndirilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!