26 Fevral, 2011
Obama Qəddafi barədə sərt qərar verdi

ABŞ Liviyaya sanksiyalar tətbiq etdi.

Amerika Birləşmiş Ştatlarınən prezidenti Liviyaya qarşı birtərəfli qaydada sanksiyalar tətbiqi ilə bağlı qərar imzalayıb.

ABŞ prezidenti Barak Obamanın bəyanatında deyilir ki, sanksiyalar Müəmmər Qəddafi rejiminə qarşı yönəlib, xalqa qarşı yox.

Qəddafinin və onun ətrafının bank hesabları dondurulacaq, Liviya hakimiyyəti ilə bank əməliyyatlarına və bu ölkəyə hərbi təyinatlı məhsulların satışına qadağa qoyulacaq.

NATO-nun Baş katibi Anders Foq Rasmussen isə deyib ki, onlar Liviyadakı vəziyyəti diqqətlə izləyir. Amma o, hərbi müdaxiləni istisna edir.

Simsar.az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!