26 Fevral, 2011
Mərkəzi Klinikada kampaniya keçiriləcək

Vətəndaşlar arasında geniş yayılan şəkər xəstəliyini erkən aşkar etmək məqsədi ilə martın 1-dən Mərkəzi Klinika Ambulatoriyada “Diabetik Check-up” kampaniyası keçiriləcəkdir.

Klinikadan AzərTAc-a verilən məlumata görə, vətəndaşlar 35 manat ödəməklə endokrinoloqun və oftalmoloqun müayinəsindən keçə biləcəklər. Laborator analizlər də bura daxildir.

Kampaniya bir ay davam edəcəkdir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!