26 Fevral, 2011
Bakıda avtomobillərə qənim kəsilən daha bir dəstə zərərsizləşdirilib

Bakıda avtomobillərdən oğurluq edən daha bir cinayətkar dəstə zərərsizləşdirilib.

Suraxanı rayon Polis İdarəsindən Simsar.az-a verilən məlumata görə, bu tip əməllərdə şübhəli bilinən paytaxt sakinləri Kamran Ələsgərov, Rəşid Məlikov və Ələmşah Məmmədov saxlanılıb.

İlkin araşdırmalar zamanı onların yanvar-fevral aylarında Bakının müxtəlif yerlərində 14 maşını qarət etdiyi məlum olub.

Dəstə üzvlərinin başqa əməllərdə iştirak edib-etmədiyi araşdırılır.

Qeyd edək ki, son iki ay ərzində Bakının müxtəlif yerlərində onlarla minik avtomobili, xüsusi ilə də “Mercedes”lər qarət olunub. Qarətçilər əsasən xüsusi alət vasitəsilə maşınların şüşələrini sındırmaqla oğurluq ediblər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!