26 Fevral, 2011
“Həmsədrlər... irəliləyiş olmasını istəyirlər”

“ATƏT-in Minsk Qrupunun həmsədrləri belə bir qərara gəliblər ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində hansısa bir irəliləyiş olmalıdır”.

Simsar.az-ın məlumatına görə, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

Nazirin sözlərinə görə, keçən il Kanadada prezidentlər səviyyəsində bəyanat qəbul olunub və bu icra olunmalıdır: “Bunun üzərində iş davam etdirilir. Demək olar ki, bütün həmsədr ölkələr də hazırdır. Onlar irəliləyiş olmasına çalışırlar. İlk istiqamət odur ki, Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarılsın”.

Prezidentlərin Soçidə keçirilməsi planlaşdırılan görüşünə gəlincə, E.Məmmədyarov bildirib ki, orada hansısa bir nəticənin olub-olmayacağı da Ermənistanın mövqeyindən asılıdır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!