26 Fevral, 2011
Daha 14 Azərbaycan vətəndaşı Liviyadan evakuasiya olunub

14 Azərbaycan vətəndaşı Ukraynaya məxsus təyyarə ilə Liviyadan evakuasiya olunub.

APA-nın Ukra yna Xarici İşlər Nazirliyinin saytına istinadən yaydığı məlumata görə, Ukraynaya məxsus “Boeing-737” təyyarəsi Tripolidən Kiyevə 94 nəfər gətirib. Onlar arasında 50 Ukrayna, 19 Rusiya, 14 Azərbaycan, 4 Qazaxıstan, 3 Qırğızıstan, 2 Belarus, 1 Bosniya və Herseqovina və 1 Türkiyə vətəndaşı olub. 

Xatırladaq ki, fevralın 23-də Ukraynaya məxsus təyyarə ilə 10 Azərbaycan vətəndaşını Liviyadan evakuasiya edilmişdi.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!