3 Fevral, 2014
Siyavuş Novruzov: “ Qəzeti elə çıxarsınlar ki, sata bilsinlər”

Milli Məclisin yaz sessiyasının ilk iclas günündə çıxış edən millət vəkili Siyavuş Novruzov Azərbaycanın siyasi və iqtisadi uğurlarına bəzi ölkələrin qısqanclıqla yanaşdığını deyib. 

“Görünür ki, bu uğur bir sıra dövlətləri narahat edir. Bəzi təşkilatlar Azərbaycanda terror aksiyası keçirəcəyini bildirir. Belə anlaşılır ki, hansısa dövlətlər Azərbaycanda sabitliyin olmasında maraqlı deyil. Həmin dövlətlər müxtəlif təşkilatların arxasında dayanır”.

Siyavuş Novruzov daha sonra Bakıda köşklərin yığılmadığını, birinin digəri ilə əvəzləndiyini bildirib. “Kimin qəzeti satılmırsa, bu, həmin qəzet çıxaranların problemləridir. Qəzeti elə çıxarsınlar ki, oxuyan olsun, sata bilsinlər. Daha bunun günahını başqalarında axtarmasınlar”

Elmar Hüseynov

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!