31 Yanvar, 2014
Səbail rayonunda yol qəzası baş verib, xəsarət alanlar var - FOTO

Bu axşam Bakının Səbail rayonu ərazisində, Yeni Salyan şossesində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Simsar.az APA-ya istinadən xəbər verir ki, 10 ET 384 dövlət nömrə nişanlı "Lada Samara" markalı minik maşını 90 GG 194 dövlət nömrə nişanlı yük avtomobilinə arxadan çırpılıb. Qəza nəticəsində minik maşının sürücüsü və bir sərnişin xəsarət alıblar.

 

Yaralılar deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıblar. Lakin FHN-in xilasetmə qüvvələri hadisə yerinə çatana qədər hadisə yerinin yaxınlığında yaşayan vətəndaşlar yaralı sürücü və sərnişin avtomobildən çıxararaq, xəstəxanaya aparıblar. Xəsarət alanların şəxsiyyəti dəqiqləşdirilir.

 

İlkin ehtimala görə, minik maşınının sürücüsü hava şəraitini nəzərə almayıb və avtomobili yüksək sürətlə idarə edib.

 

Faktla bağlı araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!