31 Yanvar, 2014
“SwiftKey” artıq iPhone-da - VİDEO

“SwiftKey” adlı klaviatura Android istifadəçilərin həyatını bir qədər rahatlatlaşdırsa da iPhone istifadəçiləri bu imkandan indi yararlana bilərlər. Simsar.az xarici KİV-ə istinadən xəbər verir ki, klaviatura SwiftKey Note proqramının tərkibinə daxildir. Proqramın unikallığı isə ondan ibarətdir ki, o, istifadəçinin yazdıqlarını izləyir. Bir müddət sonra isə o sizin yazmaq istədiyiniz sözlərin mümkün siyahısını təqdim edəcək. Düzdü iPhone üçün klaviatura tam hazır versiyada deyil. Belə ki, Android üçün proqram 61 dil tanıya bilirsə iPhone-da isə cəmi 5 dil tanıyır.

Mələk Abbaszadə

 

 


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!