25 Fevral, 2011
Nardaranda etiraz aksiyası keçirilir

Bakının Nardaran kəndində sosial problemlərin həlli tələbi ilə etiraz aksiyası başlayıb. Kəndin İmam Hüseyn meydanına təxminən 200 adam yığışıb.

Aksiyada çıxış edən kənd sakini Hacıağa Nuriyev bura mitinq xatirinə yığışmadıqlarını, diqqəti işsizlik, sosial problemlərin həllinə yönəltmək istədiklərini bildirib. 

Başqa bir kənd sakini Natiq Kərimov isə deyib ki, «problemlərimizin müzakirəsi və həlli üçün hakimiyyət bizə dialoq imkanı yaratmalıdır».

Kənd sakinləri bildiriblər ki, onların tələbləri yerinə yetirilməsə, etiraz aksiyalarını davam etdirəcəklər.

Hazırda mitinq davam edir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!