30 Yanvar, 2014
Google” şirkətindən “Gmail” istifadəçilərinə – MƏKTUBU

Məktublarınız “Spam” papkasında ola bilər

“Google” şirkəti bəzi “Gmail” istifadəçilərinə ehtiyat məktubu göndərib. Məktubda deyilir ki, istifadəçi “Spam” və “Səbət” papkalarına baxsınlar. “Gmail”da olan problemlər səbəbindən həmin papkalara lazımlı məktublar düşə bilərdi. Problem yanvarın 15-dən 22-ə qədər davam edirdi. Bu səbəbdən həmin dövrlərdə gələn məktublar səhvən digər papkalara düşə bilər. “Google” şirkəti müştərilərini diqqətli olmağa və papkaları yoxlamağa çağırıb.

Mələk Abbaszadə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!