25 Fevral, 2011
Binadan daş maşınların üstünə düşdü

3 avtomobil əzildi

Fevralın 24-də Bakıdakı binaların birinin daş üzlüyü qoparaq avtomobillərin üzərinə düşüb. Səbail rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, F.Əmirov küçəsindəki 16 mərtəbəli evin 12-ci mərtəbəsindən 2 ədəd daş üzlüyü qopub.

İri daş parçaları Bakı şəhər sakinləri Azər İsmayılova məxsus "Hyundai", Salman Mahmudova məxsus "Hyundai" və Mehman Quliyevə məxsus "TOFAŞ" markalı avtomobillərin üzərinə düşüb. Nəticədə avtomobillərə ciddi ziyan dəyib.


Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!