25 Fevral, 2011
Qubada şadlıq evi yandı

Fevralın 24-dən 25-ə keçən Qubada yanğın hadisəsi baş verib.

Simsar.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, İkinci Nügədi kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus şadlıq evinin ərazisində yanğın olub. Yanğın ümumi sahəsi 18 kvadrat metr olan köşkü əhatə edib.


Hadisə yerinə gəlmiş yanğınsöndürənlər yanğının miqyasının artmasını qarşısını alıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!