25 Fevral, 2011
Keçmiş deputatın evində yanğın olub

Keçmiş millət vəkili Aynur Camalqızının evində yanğın baş verib.

Bu barədə Simsar.az-a açıqlama verən Camalqızı bildirib ki, yanğın bu günlərdə baş verib. 

Yanğına səbəb mətbəxdən keçən elektrik naqillərindəki qısaqapanma olub. Qısa müddətdə alovlanan yanğını qonşuların köməyi ilə söndürmək mümkün olub. Nəticədə evin mətbəxi bütünlüklə yanıb, digər otaqlara da zərər dəyib.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!