25 Fevral, 2011
Azərbaycan BƏƏ şirkəti ilə birgə hərbi avtomobil istehsal edəcək

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) «Əl Asbar Auto İndustries» şirkəti arasında niyyət protokolu imzalanıb.

imzalanma BƏƏ-nin paytaxtı Abu-Dabi şəhərində keçirilən İDEX-2011 sərgisində baş tutub.

Protokola əsasən «Əl Asbar» şirkətinin istehsal etdiyi xüsusi təyinatlı avtomobillərdən biri Azərbaycana gətirilərək yerli şəraitdə uyğun testlərdən keçiriləcək.

Müdafiə sənayesi naziri Yavər Camalov APA-ya açıqlamasında bildirib ki, testlər həmin şirkətin nümayəndəsinin iştirakı ilə reallaşdırılacaq. Müsbət nəticə verəcəyi halda həmin avtomobillərin üzəri silahlandırılmış versiyasının Bakıda müştərək istehsalı planlaşdırılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!