25 Fevral, 2011
2 min insan meyidi

ÖLƏNLƏRİN SAYI 2 MİN NƏFƏRƏ ÇATDI. İSVEÇRƏ QƏZZAFİNİN HESABLARINI DONDURDU

İsveçrə hökuməti Liviya lideri Müəmmər Qəzzafi və onun yaxın ətrafına məxsus bütün hesabları dondurmaq qərarı verib. “Simsar.az” saytının məlumatına görə, Xarici İşlər Nazirliyi açıqlama yayaraq qərarı Liviyanın dövlət əmlakının mənimsənilməsi ehtimalını önləmək motivi ilə izah edib. İsveçrə banklarında Liviya dövlətinə məxsus 882 milyon dollar vəsait olduğu bildirilir. 

Fevralın 16-dan Liviyada Müəmmər Qəzzafinin istefası tələbi ilə aksiyalar keçirilir. 1969-cu ildən ölkənin başında dayanan Müəmmər Qəzzafi istefa verməyəcəyini bəyan edib. Hökumət qüvvələri aksiyaçılarla amansızcasına davranır – Fransanın insan hüquqları üzrə səfiri Fransua Zimere fevralın 24-də jurnalistlərə deyib ki, Liviyada ölənlərin sayı 2 min nəfərə çatıb. Təkcə dünən Əl-Zəviyə şəhərində 100-dək aksiyaçı öldürülüb, 400-dən çox adam yaralanıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!